Vaxt.Az

Xocalı faciəsi anılır


 

Bakıda soyqırımla bağlı yürüş keçirilir

Xocalı faciəsi anılır Bu gün Bakıda Xocalı faciəsi ilə bağlı yürüş keçirilir. Xocalı hadisələrindən 26 il ötür. Azərbaycan prezidenti İlham Əliyev və hökumət rəsmiləri Xocalı abidəsini ziyarət edib, APA xəbər verir.

Yürüşlə bağlı Bakının mərkəzi küçələri bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Xocali abidəsi istiqamətində yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını bildirib və sürücülərdən şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Paytaxt polisi bildirir ki, anım mərasimə qatılmaq istəyənlər ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Anım mərasimi ölkənin bir çox bölgəsində də qeyd olunur.

Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

Hadisənin törədicisi kimi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birgə adı çəkilir.

 





26.02.2018    çap et  çap et