«Bir çox ölkələr Bağdadinin öldüyünü bildirirdi. Amma koalisiyanın bununla bağlı aşkar faktları yoxdur. Biz onun və ardıcıllarının ovunu davam etdirəcəyik».
Dillon bu vaxta qədər İŞİD rəhbərliyində olan 2 mindən çox komandirin məhv edildiyini xatırladıb və proseslərin davam etdirildiyini əlavə edib. ABŞ rəsmisi Əl-Bağdadinin gizləndiyini yeri bildiklərini açıqlayıb.
«İŞİD 7 milyon insanın yaşadığı 99 faiz ərazisini itirib. Təşkilatın liderinin Suriyanın şərqində Deyr-Əz-Zor vilayətində gizləndiyi ehtimal olunur».