Vaxt.Az

Qadınlara orduya qoşulmağa icazə verilir


 

Səudiyyə Ərəbistanından zərif cinsin nümayəndələri haqları bağlı növbəti addım

Qadınlara orduya qoşulmağa icazə verilir Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınların silahlı qüvvələrə qoşulmağı üçün müraciətlərin qəbuluna başlayıb. Hərbi xidmətə qoşulmaq istəyən qadınlar cümə axşamınadək Ər-Riyad, Əl-Qasım və Mədinə əyalətlərində əsgər rütbəsində xidmət etmək üçün ərizə verməlidirlər.

Xidmətin döyüşlərdə iştirakı əhatə etmədiyi görünsə də, qadınların təhlükəsizlik sahəsində işləmək imkanı olacaq.

12 tələbə cavab verməli olan namizədlər Səudiyyə Ərəbistanı vətəndaşı olmaqla yanaşı 25-35 yaş arasında olmalıdır. Onlar həmçinin məktəb diplomuna sahib olmalıdır.

Qadınların kişi qəyyumları da - adətən həyat yoldaşı, atası, qardaşı və ya oğlu - işin olduğu ərazidə yaşamalıdırlar.

Qadınları əsgərliyə cəlb etmək qərarı mühafizəkar müsəlman krallığında son aylarda təqdim olunan qadın hüquqlarının artırılması yönündəki islahatlarından biridir.

Kral Salmanın qərarına görə, qadınlar iyun ayından etibarən avtomobil sürə biləcəklər.

Qadın tamaşaçıların futbol yarışlarında iştirakına isə keçən aydan icazə verilib.

Hüquq müdafiəçiləri deyir ki, Səudiyyə Ərəbistanının ayrı-seçkilikli kişi qəyyumluq sistemi hökümətin ləğv cəhdlərinə baxmayaraq bütövlüyünü qoruyur.

 





27.02.2018    çap et  çap et