Vaxt.Az

«Azərbaycanın 10 faizi sahibkardır»


 

İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi

«Azərbaycanın 10 faizi sahibkardır» Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov fevralın 27-də «Kiçik sahibkarlığa dəstək» mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova özəl bölmənin inkişafında qadınların rolu, qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər, bu sahədə yaradılmış geniş imkanlardan danışıb.

Konfrans çərçivəsində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası açılıb. Yarmarkada 200-dək kiçik sahibkarın əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırılma məhsulları və s. nümayiş etdirilir və satışı təşkil olunur.

Sərgi saat 20.00-dək davam edəcək.

 





27.02.2018    çap et  çap et