Vaxt.Az

Öldürülən terrorçuların sayı 2184-ə çatdı


 

Hücuma keçən PYD ciddi itkilər verib, əsir götürülənlər var

Öldürülən terrorçuların sayı 2184-ə çatdı «Zeytun budağı» əməliyyatının 40-cı günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2184-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Afrində hava şəraitinin əlverişsiz - yağışlı və dumanlı olmasına baxmayaraq əməliyyatlar davam etdirilir.

Afrin qəsəbəsinin şimal və qərb istiqamətlərində terrorçulara aid mövqelər toplar və raketlərlə atəşə tutulub. Şərq istiqamətində isə PYD/YPG terrorçuları əldən verdikləri bölgələrə hücum təşkil etmək istəyib. TSQ və Azad Suriya Ordusu (ASO) mövqelərinə yaxınlaşan terrorçular ağır itki verib. Bundan əlavə bir neçə terrorçu sağ ələ keçirilib.

«Zeytun budağı» başlanan tarixdən - yanvarın 20-dən bu yana Afrin bölgəsində ələ keçən terrorçuların sayı 60-ı ötüb. Bundan başqa PYD/YPG-dən təmizlənən kəndlərin sayı 115-ə çatıb. Terrorçulara qarşı döyüşlərdə Türkiyə 33 şəhid verib.

 





28.02.2018    çap et  çap et