Vaxt.Az

«X-55» Ağdamda endirildi


 

Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi

«X-55» Ağdamda endirildi Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Vaxt.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus «X-55» taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

 





04.03.2018    çap et  çap et