Vaxt.Az

Bu dəfə sous qeybə çəkilib


 

«KFC» restoranlarında növbəti böhran

Bu dəfə sous qeybə çəkilib Dünyanın ən böyük «fast-food» şirkətlərindən «Kentucky Fried Chicken» (KFC) ötən günlərdə İngiltərə restoranlarında tükənən toyuq xəbərlərilə gündəm olmuşdu.

Belə ki, ötən həftənin bazar ertəsidən cüməyə qədər Birləşmiş Krallıqda bir çox «KFC» restoranı bağlanmışdı.

«Reuters»ın xəbərə görə, İngiltərədəki «KFC» restoranlarında hazırda «gravy sous» böhranı yaşanır. «KFC»-nin klasik toyuq sousu hazırda restoranlarda yoxdur.

«KFC» keçən həftə baş verən toyuq çatışmazlığını təchizat şirkətini dəyişməsilə açıqlamışdı.

«Kentucky Fried Chicken» daha sonra verdiyi qəzet elanlarında müştərilərindən üzr istəmişdi.

 





04.03.2018    çap et  çap et