Vaxt.Az

Dollar istefa xəbərilə ucuzlaşır


 

ABŞ-ın metallara vergi tətbiqi valyutasının başında çatladı

Dollar istefa xəbərilə ucuzlaşır Dollar, ABŞ Prezidenti Donald Trampın azad ticarəti dəstəkləyən baş iqtisadi müşaviri Qeri Konun istefasının ardından ucuzlaşır.

Donald Trampın dəmir və alüminiuma əlavə gömrük vergilərini tətbiq etməsinin ticarət müharibəsi yaradacağına dair narahatlıqlar intensivləşib.

Dolların mühüm valyutalar qarşısındakı vəziyyətini göstərən Dollar İndeksi 89.47 səviyyəsinə düşüb.

Qlobal ticarət müharibəsinə dair intensivləşən narahatlıqlar, «Xetibarlı liman» aktivlərinə (qızıl, Yapon Yeni) tələbatı artırıb. Yen, dollar qarşısında 0.46 faiz bahalaşaraq ən çox dəyər qazanan G-10 pulu olub.

Qızıl da bahalaşır və artıq unsiyası 1335 dolları keçib.

Dollar Avro qarşısında da ucuzlaşır. Bakı vaxtı ilə saat 10:35-ə olan məlumat görə, Avro/Dollar məzənnəsi 1.2431 səviyyəsinə qalxıb. Məziyyənin 1.25 səviyyəsinədən qalxa biləcəyi ehtimal edilir.

 





07.03.2018    çap et  çap et