Vaxt.Az

Yeni snayper və əl pulemyotu


 

Azərbaycan yeni silahlar istehsal edəcək – SİYAHI

Yeni snayper və əl pulemyotu 2017-ci ildə müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə aşağıdakı yeni məmulatların da istehsalı mümkün olacaq.

Bunlar müxtəlif çaplı patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, yeni 12,7 mm-lik snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu, patrul maşını, döyüş sursatları üçün partladıcılar, müxtəlif çaplı lülələr, artilleriya və tank topları üçün mərmilərin gövdə və gilizləri, avtomatik topdur.

Nazirlər Kabinetinin hesabatı parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

 





07.03.2018    çap et  çap et