Vaxt.Az

İlham Əliyev Şəhidlər Xiyabanında


 

Prezident Bayraq Meydanında da olub

İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

Vaxt.az xəbər verir ki, dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

 

***

 

Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında da olublar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Daha sonra dövlət başçısı əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.

 





18.04.2018    çap et  çap et