Vaxt.Az

Qafqazın ən güclüsü ...


 

Azərbaycan ən qüdrətli ordular reytinqində Ermənistanı yenə qabaqladı

Qafqazın ən güclüsü ... Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur. Bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında bildirilir.

Başqa sözlə, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib.

Reytinqə əsasən, Türkiyə ilk onluqda yer alaraq 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin başçılıq edir.

Xatırladaq ki, “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

 





18.04.2018    çap et  çap et