Vaxt.Az

Siqaldan ermənilərə qoşa zərbə


 

Məşhur aktyor Ermənistana səfəri ilə bağlı xəbərləri inkar etdi və ...

Siqaldan ermənilərə qoşa zərbə Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib:

“Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm”.

Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.

 





20.04.2018    çap et  çap et