Vaxt.Az

“Sizin ardınızca digərləri də gedəcək”


 

Netanyahu: “Altı ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır”

“Sizin ardınızca digərləri də gedəcək” İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, 6 ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır. Bu barədə “The Times of Israel” xəbər yayıb.

“Azı altı ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, - deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.

Benyamin Netanyahu söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Daha əvvəl Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri barədə kəskin ifadələr işlədib.

ABŞ-la Fələstin arasında münasibət prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra pisləşib.

 





20.04.2018    çap et  çap et