Vaxt.Az

Jirinovskinin alimlərdən gülməli istəyi


 

RLDP sədri Moskvadan İrəvana metro xətti çəkməyi təklif etdi

Jirinovskinin alimlərdən gülməli istəyi Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Xatırlayıram və tələb edirəm” Rusiya cəmiyyətinin mitinqinin gedişində Moskva ilə İrəvan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, çıxışında Rusiya liberal-demokratlarının lideri deyib: “Mən Tiflisdən keçməklə İrəvan-Moskva qatarına minməyə macal tapmaq istərdim. Sürətli qatar olsun – 20 saata İrəvandan Moskvaya çatsın”.

Aksiya iştirakçıları yerlərindən qışqırmağa başlayıblar ki, metro xətti çəkilsin. “Metro? Hə, olsun metro. İrəvan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər. Siz də sağ olun, ruslar da sağ olsun ki, hər zaman – artıq yüz illərdir erməniləri dəstəkləyirlər. Ruslar və ermənilər birlikdədir”, - Vladimir Jirinovski bildirib.

 





24.04.2018    çap et  çap et