Vaxt.Az

“Formula-1”də qəza


 

“Red-Bull Racing” pilotu üçün evakuator çağırıldı

“Formula-1”də qəza Bakıda “Formula 1” pilotlarının sərbəst yürüşü zamanı “Red Bull Racing” komandasının təmsilçisi Maks Ferstappen idarəetməni itirib və bolidi səddə çırpılıb.

Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.

Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.

Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

 





27.04.2018    çap et  çap et