Vaxt.Az

Neft bazarında oynama


 

“Azeri Light” həftəni 75 dolların üstündə başa vurdu

Neft bazarında oynama Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,33 faiz azalıb.

“Azeri LT CIF” markalı neftin qiyməti 75,46 dollar/barelə bərabər olub.

Dünən olan məlumatlarda isə “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,71 dollar və yaxud 0,95 faiz artaraq 75,71 dollar/barelə bərabər olub.

Aprelin 26-da CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 75,71 dollar/barel təşkil edib. Bu da çərşənbə gününə olan göstəricidən 0,71 dollar/barel çox olub.

Həmin gün FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çox idi.

Novorossiysk limanından yüklənən “URALS” neftinin qiyməti 70,42 dollar/barel təşkil edib ki, aprelin 25-də olan qiymətdən 0,59 dollar/barel baha olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 26-da 74,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.

 





28.04.2018    çap et  çap et