Vaxt.Az

“Çoxlu ötmələr görəcəyik”


 

Fernando Alonso: “Bakıda küləyin olması azarkeşlər üçün əladır”

“Çoxlu ötmələr görəcəyik” “Əlbəttə, məni həftəsonu küçəyin güclənəcəyi proqnozu narahat edir. Sabah və xüsusən, bazar günü biz küləyin güclənəcəyini gözləyirik. Amma bu azarkeşlər üçün əladır. Fikrimcə, Bakıda slp-strimin hesabına çoxlu ötmələr görəcəyik”. Bu sözləri “MakLaren”in ispaniyalı pilotu Fernando Alonso Bakıda 2018 Formula Azərbaycan Qran Pri çərçivəsində cümə günü keçirilən sərbəst yürüşlərdən sonra deyib.

F.Alonso təsnifat yarışında finala çıxma ehtimalı ilə bağlı suala belə cavab verib: “Məsələ hələ açıqdır, amma hər şey mümkündür. Poul uğrunda mübarizə aparmayan rəqiblər müxtəlif strategiyalardan istifadə edə bilərlər, ona görə də bizim üçün asan olmayacaq. Siyahıda 7-ci və 14-cü yerləri bir-birindən cəmi 2-3 onluq xal ayırır. Baxaq, şənbə günü hansı mövqedə qərarlaşacağıq. biz artıq bir neçə mərhələ boyu finala çıxmamışıq. Görək Bakıda bunu etmək mümkün olacaqmı?”

 





28.04.2018    çap et  çap et