Vaxt.Az

“Biz çox şadıq ki, ...”


 

Prezident İlham Əliyev: “Möhtəşəm bir tədbirdir”

“Biz çox şadıq ki, ...” “Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir”. Bu sözləri Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Prezident İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı Formula 1-in dünya əhəmiyyətli bir tədbir olduğunu qeyd edib:

“Biz çox şadıq ki, üçüncü dəfə “Formula 1” Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq”.

Müxbirin “Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?” sualına cavabında Prezident İlham Əliyev bildirib:

“Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq”.

Müxbir: “Təşəkkür edirəm”.

 





29.04.2018    çap et  çap et