Vaxt.Az

“Bakı trası istisnadır”


 

Almaniyalı turist: “Azərbaycan Qran Prisi digərlərindən yaxşı mənada tamamilə fərqlənir”

“Bakı trası istisnadır” “Bakı trası gördüyüm digər traslardan tamamilə fərqlənir”. Bunu “Trend”ə Bakıda “Formula 1” Azərbaycan Qran Prisini izləyən almaniyalı turist Ulrike Şmidt deyib.

O, artıq 12 ildir Formula 1 yarışlarını izlədiyini bildirib: “Bir çox ölkələrdə yarış trasının keyfiyyəti biletlərin qiymətinə uyğun deyil. Belə olan halda böyük pula rəğmən yarışdan daha az zövq alırsan. Bu mənada Bakı trası tamamilə istisnadır”.

U.Şmidt qeyd edib ki, təşkilatçılar yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstəriblər:

“Bura həqiqətən də xoşuma gəlir. Hotel də gözəldir. Hər şey çox yaxşıdır. Bakının ictimai nəqliyyatı isə idealdır”.

 





29.04.2018    çap et  çap et