Vaxt.Az

Azərbaycan Türkiyə təlimlərinə qatılacaq


 

Hərbi Dəniz Qüvvələrinin təlimləri 5 gün davam edəcək

Azərbaycan Türkiyə təlimlərinə qatılacaq Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçirəcəyi hərbi təlimə Azərbaycan da qatılacaq. Bu barədə “Trend” Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, hərbi təlimlər 7-11 may tarixlərində Egey dənizində keçiriləcək.

Bildirilir ki, hərbi təlimlərdə Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, Macarıstan, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı olmaqla ümumilikdə 19 dövlət iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl, 6-30 mart tarixlərində Türkiyə Egeydə hərbi dəniz təlimləri keçirmişdi.

 





01.05.2018    çap et  çap et