Vaxt.Az

İrəvanda nəqliyyat iflic oldu


 

Aeroport, metro və magistrallar bağlandı, tətillər başladı

İrəvanda nəqliyyat iflic oldu Ermənistanın paytaxtı İrəvanda yenidən etirazlar başlayır. Nikol Paşinyanın çağırışı ilə tərəfdarları küçələrə çıxır, mərkəzi yolları bağlayırlar. “Mənim addımım” hərəkatı liderinin tərəfdarları bu gün səhər saat 8:00-dan etibarən şəhərin bütün vacib magistrallarını bağlamağa, dövlət müəssisələrində tətillərə başlayıb.

Ermənistan KİV-i xəbər verir ki, İrəvandan “Zvarnots” aeroportuna gedən yol Paşinyanın başçılıq etdiyi qrup tərəfindən bağlanıb.

Hadisə yerində onlarla avtomobilin ilişib qaldığı və sürücülərlə etirazçılar arasında toqquşmaların baş verdiyi bildirilir.

Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. İclasda yeni baş nazirin seçilməsi səsverməyə çıxarılıb. Etiraz hərəkatının lideri Nikol Paşinyan yeganə namizəd olsa da, deputatlar onu baş nazir seçməyiblər. Bundan sonra Paşinyan Ermənistan xalqını ümummilli tətilə çağırıb: “Saat 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

 





02.05.2018    çap et  çap et