Vaxt.Az

«Bakı» yolda qaldı


 

U-16 komandasının avtobusu xarab olub

«Bakı» yolda qaldı «Bakı»nın U-16 komandası xoşagəlməz aqibətlə üzləşib. Futbolinfo.az xəbər verir ki, sözügedən komandanın Zaqatalada «Simurq»la oyunu var imiş. Bu gün səfər oyunundan qayıdarkən sözügedən komandanın avtobusu xarab olub. Hazırda paytaxt klubu bu problemin həllinə çalışır.

Maraq üçün bildirək ki, «Bakı» rəhbərliyi 16 yaşlılardan ibarət komandanı köhnə bir avtobusla təmin edib. Məhz bunun nəticəsidir ki, paytaxt futbolçuları belə bir aqibətlə üz-üzə qalıblar. Lakin futbola milyonlar xərcləyən bu klubun üzvlərinin belə çətinliklərlə üzləşməsini başa düşmək olmur.

 





15.02.2014    çap et  çap et