Vaxt.Az

“Vaqram, çıx get!”


 

Ermənistanda qızıl mədəninin və tikiş fabrikinin işçiləri tətilə qoşuldular

“Vaqram, çıx get!” Ermənistanda Amusara qızıl mədənində tikinti işləri aparan fəhlələr tətil elan edərək aksiya iştirakçılarına qoşulublar. Ermənistan KİV-ləri xəbər verir ki, məlumatı “Erməni Ekoloji Cəbhəsi” yayıb.

Onların İrəvana doğru getdikləri bildirilir.

Eyni zamanda Lori vilayətinin Vanadzor şəhərində də “Qloriya” tikiş fabrikinin 3 min işçisi etiraz aksiyasına qoşulub. Onlar Lori vilayətindən deputat seçilmiş Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryanın istefasını tələb ediblər: “Vaqram, çıx get!”.

Qeyd edək ki, İrəvanda və başqa şəhərlərdə etiraz aksiyası davam edir. İrana gedən Yerevan-Yexiqnadzor avtomobil yolu bağlanıb. Avtomobillər Gürcüstandan Ermənistan ərazisinə daxil ola bilmir.

 





02.05.2018    çap et  çap et