Vaxt.Az

... Dollar düşdü


 

FED ehtiyat etdi, ...

... Dollar düşdü Amerika Mərkəzi Bankının ehtiyatlı mövqeyi dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin qismən ucuzlaşmasına təsir edib.

Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının (FED) faiz qərarından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin korreksiya edə biləcəyi proqnozları daha da güclənib.

Avro/dollar məzənnəsi 1.20 dollar ətrafında ticarət edilməkdədir və qiymət 1.20 dolların üzərində möhkəmlənərsə, 1.2050 və 1.2119 dollara kimi də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

Əlvan metallar bazarlarında isə qızıla tələb yenidən artıb və 1310 dollar ətrafında ticarət edilməkdədir. Qlobal iqtisadi risklərin artdığı bir şəraitdə qızıla olan tələbin daha da arta biləcəyini nəzərə alaraq, qiymətin əlavə olaraq 1316 və 1322 dollara kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





03.05.2018    çap et  çap et