Vaxt.Az

Fuad Poladov vəfat etdi


 

Məşhur aktyor ağır xəstəlikdən əziyyət çəkirdi

Fuad Poladov vəfat etdi Xalq artisti Fuad Poladov vəfat edib. Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, məşhur aktyorumuz xərçəng xəstəliyindən əziyyət çəkirdi

F.Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub.

 





05.05.2018    çap et  çap et