Vaxt.Az

“Böyük məmnuniyyətlə qəbul etdim”


 

Umayra Tağıyeva nazirliyə qayıtdı

“Böyük məmnuniyyətlə qəbul etdim” Umayra Tağıyeva yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsində işə başlayıb. Təyinatı ilə bağlı təəssüratını mətbuatla bölüşən U.Tağıyeva jurnalistlərin dəstəyinə ehtiyacı olduğunu dilə gətirib:

“Təklif gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Buna qədər Elmlər Akademiyasında çalışırdım. Həmin dövr mənim üçün səmərəli iş dövrü idi.

3 il ərzində iqlimşünaslıq, iqlimdəyişmələri sahəsində müəyyən tədqiqatlar apardım, məqalələrim bəzi Avropa ölkələrinin, Amerikanın jurnallarında dərc olundu. İndi təklif edilən işi qəbul etdim. Çalışacağam ki, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlim, mənə göstərilən etimadı doğruldum”.

U.Tağıyeva 3 il əvvəl məhz elmi işlərilə əlaqədar nazirlikdəki işindən ərizəsilə ayrıldığını vurğulayıb.

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.

 





04.05.2018    çap et  çap et