Vaxt.Az

Məşhur jurnalist Rauf Talışinski vəfat etdi


 

“Exo”nun baş redaktoru ürəktutmasından dünyasını dəyişib

Məşhur jurnalist Rauf Talışinski vəfat etdi Azərbaycanda nəşr olunan rusdilli “Exo” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Rauf Talışinski mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib.Bu barədə “Exo” qəzetinin işçiləri bildiriblər. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

R.Talışinski Azərbaycan jurnalistikasının tanınmış simalarından biri idi.

Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.

R.Talışinski “Molodej Azerbaydjana” (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub.

2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Allah rəhmət eləsin.

 





08.05.2018    çap et  çap et