Vaxt.Az

«Simurq» «Topaz»ı tanımır?


 

Zaqatala klubundan Premyer Liqanın sponsoruna hörmətsizlik

«Simurq» «Topaz»ı tanımır? 2012-ci ilin sentyabr ayında Peşəkar Futbol Liqası və «Azərinteltek» şirkəti arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu barədə müqavilə imzalanmışdı. Futbolinfo.az xəbər verir ki, həmin gündən etibarən futbol üzrə milli çempionatımız Topaz Premyer Liqası adlandırıldı.

Bu hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, «Simurq» çempionatımızın «Topaz Premyer Liqası» adlandırılmasını deyəsən, həzm edə bilmir. Belə ki, «sarı-qaralar»ın oynadığı Zaqatala Şəhər Stadionunun konfrans zalını hələ də «Unibank»ın reklamları bəzəyir. Sizə təqdim etdiyimiz bu foto Topaz Premyer Liqasının 21-ci turunun «Simurq» - «İnter» oyunundan sonrakı mətbuat konfransı zamanı çəkilib. Zaqatala təmsilçinin çempionatın əvvəlki sponsoru olan bankın reklamlarını hələ də mətbuat konfransından yığışdırmamasının səbəbi çox maraqlıdır.

 





17.02.2014    çap et  çap et