Vaxt.Az

Polisləri bıçaqladılar...


 

«502» gecə klubundakı kütləvi davada

Polisləri bıçaqladılar... Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında kütləvi dava düşüb. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb. Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən «502» gecə klubunda baş verib.

Rayon Polis İdarəsindən (RPİ) Milli.Az-a verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal RPİ-nin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər. 

Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər - N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar.

 





17.02.2014    çap et  çap et