Vaxt.Az

“Rusiya NATO-ya böyük təhlükədir”


 

Polşa prezidenti Kremli beynəlxalq qayda elementlərini pozmaqda günahlandırıb

“Rusiya NATO-ya böyük təhlükədir” “Rusiya NATO üçün böyük təhlükədir”. “RİA Novosti” xəbər verir ki, bunu Polşa prezidenti Ancey Duda bəyan edib.

“Təhlükəsizlik sistemimizin sülh və təhlükəsizliyə problem yaradan müxtəlif oyunçular tərəfindən sınaqdan keçirildiyi bir zamanda biz məhz indi transatlantik əlaqələrin əhəmiyyətini xatırlamalıyıq”, - deyən A.Duda sülh və təhlükəsizliyə təhlükə yaradan qüvvələrdən ən birincisinin Rusiya olduğunu elan edib və Rusiyanı beynəlxalq qayda elementlərini pozmaqda günahlandırıb.

Dövlət başçısı Avropanın təhlükəsizliyi baxımından transatlantik əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. A.Duda NATO-ya üzv ölkələrini müdafiə imkanlarını gücləndirməyə və müdafiə büdcələrini artırmağa çağırıb.

 





28.05.2018    çap et  çap et