Vaxt.Az

“Qarabağ problemi Tramp üçün maraqlı deyil”


 

Metyu Brayza: “Ermənistanın yeni prezidentinin yenilik gətirəcək qədər hakimiyyəti yoxdur”

“Qarabağ problemi Tramp üçün maraqlı deyil” ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza hesab edir ki, hələlik Ermənistanın yeni prezidentinin əlində Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə yenilik gətirəcək qədər hakimiyyəti yoxdur.

“Eyni zamanda, erməni siyasi elitası əvvəlki kimi Rusiyanın nəzarəti altındadır. Paşinyanın Qarabağ münaqişəsinin həllinə yeni yanaşma təklif etməsi hələlik mümkün görünmür. Lakin Qarabağ məsələsində hər hansı dəyişiklikdən qorxan Serj Sərkisyandan fərqli olaraq, Paşinyan daha qətiyyətli və cəsarətli insandır. Məsələ ondadır ki, əvvəlki siyasi sistemi sındırmaq mümkün olacaqmı”, - virtualaz.org üçün şərhində Brayza bildirib.

Hələlik o, ABŞ tərəfindən tam, düşünülmüş xarici siyasət xəttinin aparılmasını da görmür. Bu səbəbdən, Tramp üçün Cənubi Qafqaz, o cümlədən Qarabağ məsələsi maraqsızdır. Buş və Obama bu münaqişəni həll etməyə səy göstərirdilər, lakin Tramp bu problemə hər hansı diqqət ayırmağa hazırlaşmır. Bununla belə, Brayza əmindir ki, ABŞ prezidenti məsələyə cəlb olunmadan Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq.

 





02.06.2018    çap et  çap et