Vaxt.Az

Buz dövrü insanlarının Amerikaya köçü


 

13 min il əvvələ aid olduğu bildirilən nəhəng ayaq izləri aşkarlanıb

Buz dövrü insanlarının Amerikaya köçü Alimlər Buz dövrü insanlarının Asiyadan Sakit okean sahillərini keçərək Şimali Amerikaya köçünü göstərən izlər aşkar ediblər.

“The New York Times” qəzeti xəbər verir ki, arxeoloqlar Buz dövrü insanlarının Asiyadan Amerikaya səyahət macərasının iki marşrutla həyata keçdiyini ehtimal edirlər: birincisi Alyaskadan keçməklə materikin içərisinə hərəkət etmək, ikincisi isə Sakit okean boyu cənub sahillərinə çatmaq. Bu fərziyyələrə son qoyan tapıntı Britaniya Kolumbiyasındakı adada aşkar edilən və 13 min il əvvələ aid olduğu bildirilən nəhəng ayaq izləridir.

İndi geoloqlar Alyaskanın şimal-şərqindəki adalarda 17 min il əvvəl buzlaşmaya məruz qalmayan və ilk insanların səyahəti üçün əlverişli olan yol aşkar ediblər. Buffalo Universitetinin əməkdaşı Alia Lesnek bildirib ki, Asiyadan Amerikanın şimalına köç edənlər sahilboyu marşrutla hərəkət ediblər. “Science Advantage” jurnalında dərc edilən məqalədə də bu ehtimalın düzgün olduğu bildirilir.

2015-ci ilin yayında Alia Lesnek Alyaskanın şimal-şərqindəki Beyker adasında ilk insanın nəhəng ayaq izlərini aşkar edib. Sonrakı araşdırmalar zamanı Aleksandr arxipelaqında da analoji izlər tapılıb. Laboratoriya analizlərinə görə, 15 min il əvvəl bu ərazilərdə buz təbəqəsi əriyib və insanların hərəkəti üçün əlverişli şərait yaranıb. Arxeoloji və genetik dəlillər də Amerikaya miqrasiya prosesinin də bu dövrə təsadüf etdiyini göstərib. Tədqiqatların rəhbəri Ceyson Braynerin sözlərinə görə, sahildəki mağaralardan tapılan və 16 min il əvvələ aid olan suiti sümükləri göstərir ki, bu ərazilərə köçən ilk insanlar yemək tapmaq imkanına da malik olublar.

Nyu-Meksiko Universitetinin alimi Ceyms Dikson arxeoloq və geoloqların birgə tədqiqatlarının nəticələrini ilk insanların Amerikaya köçü hipotezini gücləndirən elmi faktlar kimi dəyərləndirib.

 





06.06.2018    çap et  çap et