Vaxt.Az

II Qaregin qara siyahıda


 

İrəvanda ermənilərin katolikosuna qarşı yeni etiraz aksiyası keçirildi

II Qaregin qara siyahıda İyunun 11-də İrəvanda bütün ermənilərin katolikosu II Qareginə qarşı növbəti etiraz aksiyası keçirilib. “Sputnik” xəbər verir ki, etirazçılar onun dini rütbədən məhrum edilməsi tələbini qoyublar.

Mənbəyə əsasən, Ermənistanın baş dini şəxsinin mənəvi simasından narazı insanlar ilk dəfə iyunun 7-də küçələrə çıxıblar. Katolikosun narazılarla görüşü hələlik heç bir nəticə verməyib.
Bazar ertəsi günü keçirilmiş aksiyanın iştirakçılarının əsas şüarı “Müqəddəs Katolikos, Ermənistana yeni dini lider lazımdır” olub.

 





12.06.2018    çap et  çap et