Vaxt.Az

Daha 5 şirkətə sanksiya!


 

ABŞ 3 Rusiya vətəndaşını da qara siyahıya saldı

Daha 5 şirkətə sanksiya! ABŞ, 5 Rusiya şirkətinə və 3 Rusiya vətəndaşına sanksiya tətbiq edilməsi qərarı verib.

ABŞ Xəzinə Nazirliyi, Rusiyaya qarşı sanksiyaların dairəsinə 3 nəfər və 5 şirkəti də əlavə edib. Nazirliyin veb saytından verilən məlumata görə, Liviyadakı 5 nəfər də eyni kontekstdə sanksiyaya daxil edilib.

“Reuters”də yer alan xəbərə görə, sanksiya qərarı kiber hücumlar ilə əlaqədar olaraq tətbiq edilir.

Sanksiya tətbiq olunan təşkilatlar: “Digital Security”, “ERPScan”, “Embedi”, “Kvant Scientific Research Institute” (Kvant Elmi Tədqiqat İnstitutu), “Divetechnoservices”.

Sanksiya tətbiq edilən şəxslər: Aleksandr Lvoviç Tribun, Oleq Sergeyeviç Çirikov və Vladimir Yakovleviç Kaganskiy. Bu şəxslərin “Divetechnoservices” şirkəti ilə əlaqələri var.

Nazirlik sanksiya tətbiq olunan bu qurumların Rusiya Federal Təhlükəsizlik Xidmətinə dəstək verdiyini açıqlayıb.

 





12.06.2018    çap et  çap et