Vaxt.Az

ABŞ Suriya ordusunu bombaladı


 

48 əsgər öldü

ABŞ Suriya ordusunu bombaladı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.Bu barədə AFP agentliyi öz “Twitter” hesabında məlumat yayıb. Bildirilir ki, aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.

Amma Pentaqon bu informasiyanı təkzib edib. “ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur”, - deyə Müdafiə Nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.

Xatırladaq ki, bundan əvvəl-aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi.

 





18.06.2018    çap et  çap et