Vaxt.Az

3 erməninin ölümünün istintaqı


 

Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq

3 erməninin ölümünün istintaqı Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis xidmətinin rəisi olmuş mayor E.Qriqoryan (bu ilin fevralında xidmətdən uzaqlaşdırılıb) 3 hərbçinin ölümünə, birinin ağır yaralanmasına səbəb olan xidməti yarıtmazlıqda ittiham olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsi mayora əsgərlərin ölümü ilə bağlı cinayət işi çərçivəsində rəsmi ittiham elan edib.

Həmin insident ötən il noyabrın 21-də təmas xəttinin Tərtər-Ağdərə istiqamətində baş vermişdi. Döyüş postunda mühəndis işləri zamanı tank əleyhinə mina partlayıb və leytenant Geqam Zəkəryan, sıravilər Sərkis Abramyan və Sərkis Melikyan aldıqları xəsarətlərdən ölüblər. Daha bir sıravi əsgər ağır yaralanıb.

İlkin təhqiqat müəyyən edib ki, minatəmizləyənlərin qrupuna mayor Qriqoryan rəhbərlik edib. O, öz xidməti vəzifələrinə səhlənkar yanaşıb və nəticədə minaların təmizlənməsi işi lazımi səviyyədə aparılmayıb. Məlum olub ki, mühəndis işləri zəruri hazırlıq olmadan aparılıb. Persona mina-partlayıcı vasitələrin maddi hissəsinə malik olmayıb, təhlükəsizlik qaydaları ilə tanış edilməyib və minaların basdırılması, çıxarılması üzrə praktiki vərdişlərə malik olmayıb.

Belə ki, tank əleyhinə minalar əllə, ucu iti hərbi bel (lopatka) ilə çıxarılıb, onları əllə daşıyıblar. Minalanmış sahəyə baxış keçirilməyib, ancaq görünən minalar çıxarılıb. Torpaq altında qalan minalar elə orada da qalıb. Xüsusi texnikadan istifadə edilməyib. Nəticədə tank əleyhinə minalardan biri partlayıb.

 





20.06.2018    çap et  çap et