“Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdə sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəssüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur”, - Ermənistanın baş naziri bildirib.
Bununla belə Paşinyan deyib ki, müharibəyə həmişə hazır olmaq lazımdır. O, “bir anlıq da sayıqlığı itirməmək” barədə əmr verdiyini deyib.
“Sonda münaqişə həllini tapmayıb - biz yarımmüharibə vəziyyətindəyik və işimizi davam etdirməliyik, silahlı qüvvələr də öz işini görməlidir. Hər şey necə varsa elə. Biz qoşunlarımızın döyüş qabiliyyətinin artırılması üzərində işləyirik. Qanunsuzluqların qarşısı alınmalı, əsgər payının oğurlanmasına yol verilməməli, əsgərlərin mümkün qədər rahat xidmət keçməsi üçün şərait yaradılmalıdır. Qarabağdakı şərtlər indi situasiyanın sakitliyi baxımından misli görünməmişdir”, - Paşinyan əlavə edib.
Ermənistan baş naziri deyib ki, erməni tərəfi müdafiə olunmağa hazırdır, amma müharibəni birinci başlamayacaq.