Vaxt.Az

«Azəri Buffon» türk klubunun hədəfində


 

İtaliyalıların da yaxından maraqlandığı Emil Balayev Türkiyə “Super Liqa”sında oynaya bilər

«Azəri Buffon» türk klubunun hədəfində İllər sonra Türkiyə “Super Liqi”nə yüksələn “Ərzurumspor”, transferdə sürpriz bir qapıçı ilə maraqlanır. Klub öz coğrafiyasına yaxın bir bölgədən transfer etməyi planlayır. Heyətini yeni qurmağa çalışan klub, italyanların da yaxından maraqlandığı gənc qapıçı “Səbail” klubunun futbolçusu Emil Balayevi də adını transfer siyahısına daxil etdi.

İtaliya idman saytı “FlashSport”un məlumatına görə, “Ərzurumspor”u ən çox ümidləndirən digər faktor “Azəri Buffon” kimi tanınan Emil Balayevin transfer qiymətinin ucuz olmasıdır. 24 yaşında və baxımlı oyunu ilə gələcək vəd edən Balayevin bonservis qiymətinin 500-600 min avro civarında olduğu qeyd olunur.

Digər tərəfdən “Səbail”dən ayrılmağı düşünən futbolçunun hazırda hər hansi bir transfer maliyyətinin olmadığı deyilir. Bu da “Ərzurumspor” üçün daha cazibəli görünür.

Azərbaycan millisinin alt yaş qruplarında baxımlı oyun nümayiş etdirən gənc qapıçı, yığmamızın da gələcək illərdə 1 nömrəsi olaraq görülür.

 





27.06.2018    çap et  çap et