Vaxt.Az

Birinci vitse-prezidentin köməkçilərinin sayı artırılıb


 

Prezident sərəncam imzaladı

Birinci vitse-prezidentin köməkçilərinin sayı artırılıb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçilərinin sayı artırılıb.

Vaxt.az bildirir ki, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” prezidentin 2017-ci il mayın 30-da imzalanan 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Birinci vitse-prezidentin hələ ki 4 köməkçisi təyin edilib. Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

 





27.06.2018    çap et  çap et