Vaxt.Az

Hərarət 41 dərəcə olacaq


 

Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar

Hərarət 41 dərəcə olacaq İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 





09.07.2018    çap et  çap et