Vaxt.Az

Sərkisyan 3 gündür ki, Azərbaycanda imiş


 

Ermənistanın keçmiş prezidenti “Qarabağ klanı”na sığınıb

Sərkisyan 3 gündür ki, Azərbaycanda imiş Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan müalicə üçün getdiyi İtaliyadan geri qayıdıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sərkisyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə istiqamətlənib.

Onun həmçinin məzuniyyətdə olduğu bildirilən İtaliyadan qayıtdıqdan sonra qısa müddətdə olsa da İrəvanda qaldığı bildirilir.

Sərkisyanın artıq 3 gündür ki, Xankəndidədir.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsindən sonra Serj Sərkisyanın həm məzuniyyət, həm də, müalicə üçün Avropaya üz tutduğu bildirilirdi. Sərkisyanın qayıdan kimi Köçəryanın müdafiəsinə qalxmış separatçı rejimin ixtiyarında olan ərazilərə çəkilməsi isə onun “Qarabağ klanı”na sığındığını göstərir.

Qeyd edək ki, Robert Köçəryan 2008-ci ilin mart hadisələri, yəni seçkilər zamanı konstitusion quruluşu devirməyə görə həbs edilib. Həmin seçkilərdə Serj Sərkisyan ölkə prezidenti seçilib.

 





09.08.2018    çap et  çap et