Vaxt.Az

“Çinlilərin bundan qətiyyən xoşu gəlmir”


 

Rusiya baş naziri Dmitriy Medvedyev: “Amerikalı dostlarımız səhv etməməlidir”

“Çinlilərin bundan qətiyyən xoşu gəlmir” Kamçatka bölgəsinə səfəri zamanı açıqlamalar verən Rusiyanın Baş naziri Dmitriy Medvedev, ABŞ-ın sanksiyalarına dair də danışıb.

“İqtisadi müharibənin elan edilməsi qəbul ediləcəyik”

 

Rusiya baş naziri “Bank əməliyyatları və ya hər hansı bir valyutanın istifadəsinə dair bir qadağa və ya oxşar şey tətbiq edilsə, bunu iqtisadi müharibə elan edilmiş sayacağıq və lazımınca cavab verəcəyik. Lazım gələrsə, iqtisadi, siyasi və ya başqa bir şəkildə qarşılığını verəcəyik. Amerikalı dostlarımız bu məsələdə səhv etməməlidir”, deyib.

Dmitriy Medvedyev, Rusiyanın iqtisadi məhdudiyyətlərin öhdəsindən gəlməyi bacardığını və təzyiqlərə heç vaxt  boyun əymədiyini  söyləyib.

Baş nazir “Ölkəmiz son yüz ildir daim sanksiyalarla tətbiq edilən təzyiqlərə məruz qalır. ABŞ və müttəfiqləri qlobal rəqabətin qarşısını kəsir. Heç bir şey dəyişməyib” deyib.

Medvedev, ABŞ-ın eyni zamanda Çinə də vergilər tətbiq etdiyinə diqqət çəkərək “Çinlilərin bundan qətiyyən xoşu gəlmir. Kimsənin də xoşu gəlməz. Məqsədimiz bütün bu tədbirlərə qarşı çıxmaqdır” deyib.

Ötən gün ABŞ, keçmiş Rus agent Sergey Skripal və qızının zəhərlənməsi hadisəsini bəhanə edərək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Sanksiyaların 22 Avqustda qüvvəyə minəcəyi bildirilib.

 





10.08.2018    çap et  çap et