Vaxt.Az

“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”


 

Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”

“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək” Rusiyanın bəzi KİV-ləri və ekspert dairələri Amerikaya məxsus qeyri-öldürücü yüklərin Qazaxıstan ərazisi üzərindən tranziti ilə bağlı heç də real və dəqiq məlumata malik deyillər. Çünki bu məsələdə söhbət Xəzər dənizində ABŞ hərbi bazasının yerləşdirilməsindən getmir.

Virtualaz.org bildirir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov RİA Novosti-yə açıqlamasında belə deyib. “Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyyatların davam etdirilməsi naminə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, digər ölkələrin də ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilələrdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”,  - deyə qazaxıstanlı nazir bildirib.

Həmçinin qeyd edib ki, 2010-2015-ci illərdə Rusiya da öz ərazisindən analoji tranziti təmin edib və bu cür yüklər Əfqanıstana çatdırılıb.

Abdrahmanov onu da vurğulayıb ki, sabah Aktauda Xəzəryanı dövlət başçıları tərəfindən imzalanması gözlənilən Xəzərin hüquqi statusuna dair Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzər dənizində mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.

 





11.08.2018    çap et  çap et