Vaxt.Az

Gərginlik artdıqca daha da ucuzlaşacaq


 

Türkiyədə lirə təlaşı və Azərbaycan manatı

Gərginlik artdıqca daha da ucuzlaşacaq Türkiyə iqtisadiyyatı sürətlə böhran sürüklənir. Odur ki, qardaş ölkəni qarşılaşdığı çətinliklərin yaratdığı problemləri və onun fəsadların dəyərləndirib, dünən Türk hökümətinə kömək etmək barədə barədə açıqlama verəndən sonra dəyərli facebook izləyicilərindən, eləcə də digər kommunikasıya vasitələrindən xeyli məktublar alıram. Birinci qrup məktubların əsas qayəsinin Türkiyədə baş verənlərə biganə qalmamaq və hərəkətə keçmək olduğunu nəzərə alaraq bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Məlumatınız üçün əlavə edim ki, mövcud açıqlama əslində müəyyən müzakirələrdən sonra baş verib. Mən artıq ötən həftənin ortalarında belə bir dəvət almışam. Amma, bu məsələnin səlahiyyət və məsuliyyətini dərk edərək, edilən müraciətləri dövlət səviyyəsində təşkil etməyi və rəsmiləşdirməyi xahiş etmişəm. Hazırda da eyni məzmunlu müraciətlər alıram, türk iş adamları, akademik dairənin təmsilçiləri mənimlə sıx təmasdadırlar. Onlara məsləhətlərimi əsirgəmirəm. Amma, yenə də qeyd etmək istərdim ki, bu məsuliyyəti götürmək və riskləri dəf etmək səlahiyyətlər tələb edir.

Onu da qeyd etmək istərdim ki, qardaş ölkədə baş verənlər barədə hələ 1 il əvvəl 2017-ci ilin aprelində açıqlama vermişdim. Bu açıqlamanın linkini şərh bölməsində təkrar bölüşürəm.

İkinci qrup məktublarda Türkiyədə baş verənlərin Azərbaycana təsirlərini qiymətləndirmək xahiş olunur. Bununla bağlı bildirmək istərdim ki, siyasi müdaxilələrlə qərarların monopoliyaya alındığı, Mərkəz Bankın gerçək müstəqilliyinin təmin olunmadığı, xarici faktorlardan asılılığın artdığı, siyasi elitanın korporativ və korrupsiya maraqları ilə bazar iqtisadiyyatına keçidi əngəllədiyi, mövcud iqtidara iş adamlarının etimadının itirildiyi istənilən ölkə iqtisadiyyatında milli valyuta böhranı baş verə bilər. Türkiyə ilə Azərbaycanı bu mənada fərqləndirən cəhətlər azdır. Sadəcə Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü, tədiyyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları isə zəifdir. Digər sadaladığım faktorlar arasında isə demək olar ki, fərq yoxdur. Hər iki ölkədə xarici şoklardan asılılıq güclü olsa da onlar sadəcə formaca fəqrlənir. Belə ki, dünya bazarında neftin qiymətinin 70 dollar ətrafında sabitləşməsi Azərbaycanın durumunu müvəqqəti olsa da yaxşılaşdırıb və müqavimət gücünü artırıb.

Sonuncu qrup suallar, lirənin dəyərsizləşməsinin böhrana gətirib çıxara biləcəyi ilə əlaqadardır. Bu prosesi güclü küləklə müşaiyət olunan meşə yanğınlarına bənzətmək olar. Bu zaman həm ağaclar sıradan çıxır, həm də yanğına qarşı istifadə olunan resurslar səmərəsizcəsinə tükənir. Türkiyədə lirə böhranı ilk növbədə bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək. Təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, sonrakı

mərhələdə böhran iqtisadiyyatın digər sektorlarına - xidmət, ticarət və inşaat bölməsinə - də siyarət edəcək. Belə tədbirləri iqtisadi və siyasi müstəvidə fərqləndrmək lazımdır. İqtisadi tədbirləri isə 3 qrupda təsnifləşdirmək olar.

İlk növbədə 20 faizə çatan inflyasiyanı durdurmaq hədəflənməli və bunun üçün monetar və qeryi monetar amillərdən çevik istifadə edilməli, istehlakçıların gözləntiləri idarə olunmalıdır.

2. İnvestorların etimadını və inamını təmin edən siyası bəyanatalar deyil, iqtisadi mexanizmlər işə salınmalıdır.

3. Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir. Mərkəzi Bank ehtiyat normaları, uçot dərəcələri və açıq bazar əməliyyatları ilə çevik tənzimləmə vasitələrindən istifadə etməlidir.

Siyası tədbirlərə gəlincə, 1. ABŞ və Avropa ilə diplomatik gərginlik və ticarət müharibəsi aradan qaldırılmalıdır. 2. Türkiyə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlamalıdır.

Daha detallı təklifləri peşəkarlarla bölüşməyə hazıram.

 





13.08.2018    çap et  çap et