Vaxt.Az

ABŞ-a barışıq çağırışı


 

Mövlud Çavuşoğlu: “Təhdid və sanksiyalarla ...”

ABŞ-a barışıq çağırışı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada xarici ölkə səfirləri ilə görüş keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir Ankaranın Vaşinqtonla münasibətləri bərpa etmək istədiyini diqqətə çatdırıb.

“Son zamanlar ABŞ-la münasibətlərimiz arzuolunmaz nöqtəyə çatıb. Onlar bütün sübutları göndərməyimizə baxmayaraq, FETÖ ilə bağlı heç bir addım atmadı. Münasibətlərin yaxşı olacağını gözləyirik. Təhdid və sanksiyalarla Türkiyədən heç nəyə nail ola bilməzsiniz. Biz barışıq tərəfdarıyıq, amma təzyiq olmasın. Danışıqlar masasına oturmaq və bir-birinə hörmək göstərmək lazımdır”.

Çavuşoğlu Türkiyənin investisiyalar üçün əlverişli ölkə olduğunu və Tramp administrasiyasının ölkədaxili problemləri Ankaranın hesabına həll etməyə çalışdığını əlavə edib.

 





13.08.2018    çap et  çap et