Vaxt.Az

Əməkdaşlıq gücləndirilir


 

Ərdoğanla Merkel razılığa gəldilər

Əməkdaşlıq gücləndirilir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkellə telefon danışığı olub.

Türkiyə mediası bildirir ki, tərəflər başda Suriya məsələsi olmaqla regional mövzuları müzakirə ediblər. Həmçinin, hər iki ölkə liderinin sentyabr ayında Berlində görüşəcəyinə dair razılıq əldə edilib. Merkel söhbət zamanı Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün əlverişli olduğunu bir daha vurğulayıb.

Ərdoğan və Merkel hər iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşməsi barədə də razılığa gəliblər.

 





15.08.2018    çap et  çap et