Vaxt.Az

Tramp bir sirri açdı


 

Çavuşoğlu cavab verdi

Tramp bir sirri açdı Türkiyə ilə ABŞ arasında keşiş Branson böhranı qarşılıqlı sanksiyalar və sərt açıqlamalar ilə davam edir. “Bloomberg”ə xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən nazirlər kabinetinin toplantısında “Türkiyənin yaxşı bir dost olmadığının ortaya çıxdığını”, söyləyib.

Toplantıda ABŞ-ın xəzinə naziri Stiven Mnuçin isə Bransonın təcili azad edilməməsi vəziyyətində Türkiyəyə yeni sanksiyalar  tətbiq olunacağını bildirib.

“Bloomberg”in xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp, Türkiyə üçün bir nəfərin, adını vermədiyi bir ölkədə sərbəst buraxılmasını təmin etdiyini, ancaq buna baxmayaraq Bransonın azadlığa buraxılmadığını söyləyib.

Xəbərdə, Trampın Ərdoğan ilə keçirdiyi görüşə işarə edilərək, "Birini bir yerdən çıxarmaq məsələsində yardıma ehtiyacı vardı, mənə müraciət etdi. Mən də kömək etdim. Buna baxmayaraq keşişimizi həbs etmək istəyirlər. Ədalətli deyil. Doğru deyil,"- dediyi bildirilib.

ABŞ Prezidenti Tramp, Türkiyə ilə ölkəsi arasında davam edən keşiş Branson gərginliyi ilə bağlı gecə sosial mediadan da açıqlama verib.

Tramp sosial mediadan etdiyi açıqlamada, "Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən möhtəşəm biri  keşişimizi həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, Türkiyə ilə əlaqələrimizi azaldırıq",- İfadələrini istifadə edib.

Dünən ABŞ-ın vitse-prezidenti Mike Pence də, Bransonın azad edilməsi lazım olduğunu söyləmiş və “Türkiyə, Prezident Trampın qətiyyətini test etməməlidir” deyərək təhdid etmişdi.

Trampın sözlərinə cavab verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “ABŞ həqiqi dostun kim olduğunu bilmir və görmür. ABŞ ilə problemləri çox asan həll edə bilərik, amma ABŞ-ın indiki anlayışı ilə deyil”, - söyləyib.

 





16.08.2018    çap et  çap et