Vaxt.Az

“Branson buraxılmasa ...”


 

ABŞ naziri yeni sanksiyalardan danışdı

“Branson buraxılmasa ...” ABŞ-ın xəzinə naziri Stiven Mnaçin, ABŞ-lı keşiş Endryu Bransonın təcili sərbəst buraxılmaması halında ABŞ-ın Türkiyəyə daha çox sanksiya tətbiq edəcəyini bildirib.

“ABŞ yeni sanksiyalar hazırlayır”, - nazir deyib.

 

Nə olmuşdu?

 

2016-cı ilin noyabr ayında terror təşkilatlarına dəstək vermək və casusluq iddialar ilə həbs olunmuş keşiş, bir müddət əvvəl ev həbsinə keçirilib. Bransonın vəkili tərəfindən ev həbsinə də edilən etiraz dünən məhkəmə tərəfindən rədd edilmişdi.

Mnaçinin açıqlamasından sonra Dollar/TL məzənnəsi yüksəlib. Dünən axşam 5.72 səviyyəsinədək düşən məzənnə yenidən 5.85-ə yüksəlib.

 





16.08.2018    çap et  çap et