Vaxt.Az

Yalnız varlılar gəlir


 

Azərbaycana səyahət edən iranlı turistlərin sayında kəskin azalma

Yalnız varlılar gəlir İrandakı iqtisadi böhran ölkə vətəndaşlarının Azərbaycana səfərlərinə özünəməxsus şəkildə təsir göstərib. Məlum olduğu kimi, iranlılar istirahət və şopinq üçün çoxdan ölkəmizi seçirdilər, amma bu il İran İslam Respublikasından Azərbaycana turist axını azalıb. Azərbaycana səfər indi, necə deyərlər, çoxlarının cibinə görə deyil.

İranın Ulduzturizm şirkətinin baş direktoru Həmid Cahadi virtualaz.org-a bildirib ki, İran hakimiyyəti ölkədən çıxan turistlər üçün güzəştli qiymət üzrə 500 dolların mübadiləsini dayandırıb. Nəticədə hazırda səyahəti özünə yalnız maddi cəhətdən daha çox təmin edilmiş vətəndaşlar rəva görə bilərlər.

“Rəsmi məlumatlara görə, keçən il Azərbaycana 360 min iranlı baş çəkib. Amma indi devalvasiyaya, ictimai-iqtisadi böhranla əlaqədar həyat səviyyəsinin aşağı düşməsinə görə, bizdə çıxış turizmi 40-60% azalıb. Türkiyədə iranlılar üçün hətta xüsusi güzəştlər qəbul edilib. Məsələn, mehmanxanada olmanın üç gününün ödənişi zamanı dördüncü gün pulsuz təqdim olunur. Bizim vətəndaşlarımız üçün endirimlər turpaketlərdə də nəzərdə tutulub. Lakin Azərbaycanla bağlı hər hansı güzəştləri tətbiq etmək çox çətindir. Çünki bütün Bakı mehmanxanaları, beşulduzlular da daxil olmaqla, turistlərlə doldur”, - İran turoperatoru heyfslənərək bildirib.

Azərbaycana həqiqətən də ərəb ölkələrindən, İndoneziyadan, Pakistandan, Rusiyadan və Avropa dövlətlərindən turist axını artır. Baxmayaraq ki, ölkədə 500 mehmanxana işləyir və üstəlik yalnız bir il ərzində daha 200-ü istifadəyə verilib, hətta beşulduzlu mehmanxanalarda da yer çatışmır. İrandan turist axının azalmasını başqa ölkələrdən artan turist axını örtür. Bununla belə, iranlılar böyük şəhərlərdən - Tehran, İsfahan, Məşhəd və başqalarından Bakıya və Naxçıvana bu yayda da gəlirlər. Astara, Biləsuvar və Culfa şəhərlərində isə sərhəd turizmi nisbətən sabit qalır.

 





19.08.2018    çap et  çap et