Vaxt.Az

İnvestorlara güzəşt


 

120 min deyil, 80 min manat …

İnvestorlara güzəşt Dövlət Əmlak Komitəsi (ƏMDK) sentyabrın 19-da “Cəlilabad Şərab-9” ASC-nin səhmlərinin 99,72 faizini təkrar investisiya müsabiqəsinə çıxarır.

 Bu dəfə səhmlərə görə investorlardan 120 min deyil, 80 min manat tələb olunur.

Müsabiqənin şərtlərinə görə, Cəlilabad rayonundakı şərabçılıq müəssisəsinin fəaliyyətinin bərpasına azı 400 min manat tələb olunur. Müəssisə 1981-ci ildə istismara verilib və Cəlilabad rayonunun Günəşli kəndində yerləşir. İnvestorlardan işləməyən müəssisənin profilini saxlamaq tələb edilmir.

 





18.08.2018    çap et  çap et